Tacikistanın Baş naziri Koxir Rasulzoda Bakıya səfəri çərçivəsində Zəfər parkında olub və Zəfər abidəsi önünə əklil qoyub.
Tacikistanın Baş naziri Koxir Rasulzoda Bakıda yerləşən Zəfər parkına baş çəkib. Qonağın şərəfinə burada fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir ziyarəti zamanı Zəfər abidəsinin önünə əklil qoyub.
Tədbir çərçivəsində qonağa Zəfər parkının yaradılma məqsədi barədə ətraflı danışılıb. Bildirilib ki, park Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı və qazanılan tarixi Zəfəri gələcək nəsillərin yaddaşında yaşatmaq, şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədilə yaradılıb.